6 Haziran 2013 Perşembe

Qədim Misir

Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir. Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi.
E.ə. V-IV minilliklərdə, ibtidai icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət qurumları yaranmışdır.
Sümerdə olduğu kimi, hər bir vilayət müstəqil ərazi olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdurlar və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və olkə ikiyə - yuxarı (şimal) və aşağı (cənub) hissəyə bölünmüşdür. Bu hissələrin çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün cəhdlər etmişdirlər. Bu dövrə Misirin “sülalələr öncəsi dövrü” deyilir. E.ə. III minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal çarlarının siyahısı verilmişdir. Lakin ola bilsin ki, onlar çarlar deyil, tayfa və ya şəhər başçıları olmuşdurlar. Ümumiyyətlə o dövrlər haqqında bilgilər çox azdır və “sülalələr öncəsi dövrü” nə vaxta qədər davam edib, demək çətindir. Hər halda artıq e.ə. III minillikdə vahid dövlət mövcud olmuşdur və burada 2 çar sülaləsi olmuşdur və bu tarixdən Misir dövlətinin tarixi başlanır. Misir çarlarıni "firon"lar adlandırırlar. Hesab olunur ki Misirin 30-a yaxın çar sülalələri olmuşdur.
Qaynaq: http://az.wikipedia.org/wiki/Q%C9%99dim_Misir

Hiç yorum yok:

Yorum Gönder