16 Şubat 2013 Cumartesi

Mən kimə oxşamaq istəyirəm

Dünyada hər bir adam başqa bir adama oxşamaq istəyir. Mən ən çox anama oxşamaq istəyirəm. Çünki o, ağıllı, səmimi, mehriban və açıqqəlbli insandır. O, öz ağlı və bacarığı ilə bir çox uğur qazanmışdır. Məsələn, kompüterlər, diplomlar, fəxri fərmanlar, medal və s. Anam bir çox kitab da yazmışdır.  Biologiya, Zoologiya dərslikləri, bioloji lüğət və başqa kitablar. Bundan başqa qəzetlərdə anamın məqalələri  çıxır. Hətta anamdan tez-tez müsabiqə də götürürlər.