21 Mart 2013 Perşembe

Bayram günü

Ayın 21-di, yəni Novruz bayramı. Novruz bayramı xalqımızın milli bayramıdır.Bu bayramda aşağıdakı adətlər yerinə yetirilir:
 




  1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
  2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
  3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".
  4. Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar.