21 Mart 2013 Perşembe

Bayram günü

Ayın 21-di, yəni Novruz bayramı. Novruz bayramı xalqımızın milli bayramıdır.Bu bayramda aşağıdakı adətlər yerinə yetirilir:
 




  1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
  2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
  3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".
  4. Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
  5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
  6. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
  7. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
  8. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
  9. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
  10. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
  11. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
   12.Novruz oyunları oynamaq. Məsələn, ənzəli və s. ( ənzəli bir oyun adıdir).
 Ayrıca Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

 mənbə: http://az.wikipedia.org/wiki/Novruz_bayram%C4%B1

Hiç yorum yok:

Yorum Gönder