20 Şubat 2014 Perşembe

Üz quruluşu ilə insan psixologiyası arasındakı əlaqə

bilirsinizmi?Uzun illər insanlar, xüsusilə də, çinlilər bədən quruluşu ilə insan psixologiyası arasındakı əlaqəni araşdırmağa çalışıblar. Nəticədə, onlar üz oxuma sənəti olan “fizionomiya” nı yaradıblar. Burada alın, burun, çənə, qaş, göz və dodaqlar əsas alınaraq müəyyən nəticələr çıxarılır.

Qozun saymaqla bitməyən faydaları

Tərkibindəki yağ və maqnezium sayəsində zehni funksiyaların aktivliyini artıran qoz unutqanlıq kimi xəstəliklərin dərmanıdır. Ailem.az qozun faydalarını sadalayır: Uşaqlarda zehni inkişafa faydası olan qoz ürək ritmini tənzimləyir. Qozun tərkibindəki yağ turşuları ürək xəstəliklərinin qarşısını alaraq kişilərdə rastlanan prostat xərçəngini əngəlləyir. Uşaqlarda omeqa-3 çatışmazlığı nəticəsində yaşanan hiperaktivlik və davranış pozuqluğu əleyhinə qoz çox faydalıdır.

17 Şubat 2014 Pazartesi

Qan azlığını aradan qaldıran içki

Qan azlığı ilə mübarizədə kərəviz və ispanaq suyu çox effektli nəticə verir. Belə ki, Türkiyənin tanınmış mütəxəssisi Saraçoğlu ispanaq və kərəviz suyu ilə bir çox xəstəni müalicə edib. Ərzaqlar və hazırlanması:
 250 qram təzə ispanaq və 200 qram qabığı soyulmuş kərəviz.

Kök və kök suyunun 10 faydası

Qış aylarının ən bol olan tərəvəzlərindən biri kök və kök suyu sağlam qidalanmaq üçün olduqca mühümdür. Zəngin vitamin və mineral tərkibi ilə vücudun gündəlik tələbatını qarşılamaq üçün ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Kökün sizə faydalı olacaq sirlərini açıqlayırıq: 

7 Şubat 2014 Cuma

"Qaytar ana borcunu"

 Azərbaycanın istedadlı şairlərindən biri də Əli Kərimdir. Əli Kərim 1931-ci ildə anadan olmuş, 1969-cu ildə isə vəfat etmişdir. Şair cəmi 38 il yaşamışdır. Həyatının çiçəklənən yaşlarında vəfat etmiş şair yaşadığı müddətdə bir çox şeirlər yazmışdır.
 İndi biz şairin gözəl əsərlərindən biri olan "Qaytar ana borcunu" adlı şeiri ilə tanış olduq. Bu əsərdə bir ananın oğluna olan məhəbbətindən danışılır. Ana min bir əziyyətə dözərək oğlunu böyüdür, boya-başa çatdırır. Ərinin öldüyünü belə ona bildirmir.