7 Şubat 2014 Cuma

"Qaytar ana borcunu"

 Azərbaycanın istedadlı şairlərindən biri də Əli Kərimdir. Əli Kərim 1931-ci ildə anadan olmuş, 1969-cu ildə isə vəfat etmişdir. Şair cəmi 38 il yaşamışdır. Həyatının çiçəklənən yaşlarında vəfat etmiş şair yaşadığı müddətdə bir çox şeirlər yazmışdır.
 İndi biz şairin gözəl əsərlərindən biri olan "Qaytar ana borcunu" adlı şeiri ilə tanış olduq. Bu əsərdə bir ananın oğluna olan məhəbbətindən danışılır. Ana min bir əziyyətə dözərək oğlunu böyüdür, boya-başa çatdırır. Ərinin öldüyünü belə ona bildirmir.

Ancaq oğul ananın bu nəcib hərəkətlərini dəyərləndirə bilmir. Ananı bu çətin vaxtlarında tək-tənhə buraxır. Bunların hamısı oğulun Bakıya getdiyi vaxt baş verir. Oğul məktəbini qızıl medalla bitirib Bakıdakı məktəbə qəbul olur. Ana oğlunu evlə, pulla təmin edir. Ana hər gün oğluna məktub yollayır və oğlunun işlərinin necə getdiyini yoxlayır. Pulu olmasa da oğluna pul təklif edir. Ancaq bir gün oğlunun məktublara cavab vermədiyini görür. Oğlunun instututa getməyindən dörd il keçir. Ana qorxur ki oğlunun başına birdən bir iş gələr. Tətil olur hamı evinə dönərkən, ananın oğlu geri dönmür. Ana təlaşlanır. Yenə də oğluna məktub yollayır və yenə də oğlundan cavab gəlmir. Ana oğlu gəlmədiyi üçün tramvayı və dənizi elə bil ki, cəzalandırır. Ana neyləyəcəyini bilmədiyi üçün qonşularını səsləyir. Ancaq yenə də ananın ürəyindən bala dərdi azalmır. Axı onlar oğul yerinə təsəlli verdilər. Ana öz-özünə fikirləşir ki, mən oğluma qarşı nə pislik etmişəm ki, indi o, mənə belə pis cəza verir. Ana oğlunun ona etdiyi bu pisliyə baxmayaraq, yenə də oğlunun geri dönməsini istəyirdi.
 Bu şeirdən bəlli oldu ki, şair hər bir övladın öz anasınınqədrini bilməsinə diqqət çəkir.

1 yorum: