19 Ocak 2014 Pazar

Şəhidlər unudulmur

Biz bu gün  Şəhidlər Xiyabanına getdik. Oranı çox gözəl bəzəmişdilər. Bəzi yerləri isə bağlamışdılar. Biz şəhidlərin qəbirlərini ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar torpaq uğrunda öz canlarını fəda etdilər. Şəhid olmaq böyük şərəfdir. Biz bu şəhidlərimizin qanını yerdə qoymayacayıq. Canlarını fəda etdikləri bu torpağı göz bəbəyimiz kimi qoruyacağıq. Şəhidləri ziyarət etdikdən sonra Əbədi Məşəlin yanına getdik. Oradan şəhərimiz çox gözəl görünürdü. Biz bir neçə şəkil çəkdirdikdən sonra Türk abidəsinin yanına getdik. Daha sonra isə şəhidlrə bir daha Allah rəhmət eləsin deyib getdik.


Hiç yorum yok:

Yorum Gönder