25 Ekim 2013 Cuma

Koroğlu dəlilərinin qəhrəmanlığı

  Şifahi xalq edebiyyatının ən gözəl əsərlərindən biri də "Koroğlu" dastanıdır. "Koroğlu" dastanı 18 qoldan ibarətdir. Bu dastanda Azərbaycan oğul və qızlarının cəsurluğundan danışılır.
  Dastanın baş qəhrəmanı Koroğludur. Onun əsl adı isə Rövşəndir. Koroğlu çox cəsur, igid, vətənpərvər, yaxşılığın tərəfini tutan bir igid idi. onun 7777 dəlisi var idi. O, bu dəliləri Çənlibel və başqa yerlərdən yığmışdı.
Dəli sözü bu əsərdə igid və cəsur mənasında işlənir. Koroğlunun dəliləri də özü kimi cəsur, igid və vətənpərvər idi. Koroğlu və onun dəliləri varlılara, xanlara qarşı çıxır, kasıblara, kəndlilərə isə kömək edirdi.
  Bizim igid oğullarımızla yanaşı igid qızlarımız da omuşdur. Məsələn, cəsur nigar xanım və Banuçiçək. İgid oğullarımıza, Koroğlunun dəlilərinə isə Dəli mehtər, Kosa Səfər, Çopur Mehdi, İsabala, Tüpdağıdan, Toxmaqvuran, Halaypozan, Tanrıtanımaz və Dilbilməzi göstərmək olar.
  Koroğlunun dəliləri cəsur olmaqla yanaşı çox güclü idilər. Həm də dəlilərin içərisində ağıllı, müdrik, güclü, şair, aşıq kimi igidlər var idi. Dəlilər hər bir döyüşdə qələbə çalırdılar. Dəlilər hər zaman nə olur olsun Koroğluyla birlikdə Vətən uğrunda döyüməyə hazır idilər.
  Koroğlu və onun dəliləri keçmişdə qaldı. Ancaq xalqımız bu igidləri yenə də yada salır. Buna misal olaraq Koroğlu operasını göstərmək olar. Həm də Koroğunun bir neçə yerdə heykəlləri qurulmuş, rəssamlarımız tərəfindən gözəl rəsmləri çəkilmişdir.
  Gərək xalqımızın hər bir övladı Koroğlu, nigar xanım və dəlilər kimi olsun. köməyə ehtiyacı olan hər bir insana əl uzatsın. 
                                                                               yazan: Aysel Həsrət

30 yorum:

  1. cox sagol biraz daha deliler haqqinda day azsan cox super olar !

    YanıtlaSil
  2. Delilerinin icinde en taninmisi kimdir?

    YanıtlaSil
  3. Yaxşıdı amma bir az uzun olsaydı yaxşı olardı🤗

    YanıtlaSil
  4. Həqiqətəndə çox maraqlı bir məlumatdır."HALAL OLSUN"

    YanıtlaSil
  5. HALALDI MƏN DƏ BUNU AXTARIRDIM👈👈👈

    YanıtlaSil
  6. Tam da aradigim gibi tesekkurler

    YanıtlaSil
  7. Tam da aradigim gibi tesekkurler

    YanıtlaSil
  8. Çox gözeldi. Axtardiqim ele bu idi.👍👍👍

    YanıtlaSil
  9. Çox sağol teşekkür edirem.Elaaaa meleumatdı.😘😘😘

    YanıtlaSil
  10. Xeyri oldu
    Cox sagolun
    elinize saglaq

    YanıtlaSil
  11. Salam ümidvaram yarışmada kömƏyimə çatar sağolun böyük zəhmət çəkmisiniz. İNŞA KİTABINDAN YAZMISINIZ. MƏNDƏ DƏ VAR BU İNŞA KİTABINDAN

    YanıtlaSil