16 Mayıs 2014 Cuma

Sabahımı necə görürəm

 Mən Aysel Həsrət. Hal hazırda Bakı şəhəri Milli qəhrəman Ələkbər Əliyev adına 204 saylı tam orta məktəbin 7a sinfində oxuyuram. Mən bir uşağın sahib ola biləcəyi normal bir həyat yaşayıram və bundan çox razıyam. Ancaq hər şeyi qabaqcadan düşünüb yerinə yetirdikdə daha yaxşı olur. Elə buna görə də indidən sabahımı düşünürəm. Əgər mən istəyirəmsə mənim sabahım, yəni gələcəyim işıqlı olsun, hər bir şagird kimi öz vəzifəmi yerinə yetirməliyəm. Yəni dərslərimə həmişə hazır olmalıyam. Həm də alideynlərimin sözünə baxmalıyam. Əgər mən bunlsrı yerinə yetirsəm gələcəyim parlaq olar. Doğrudan da bu belədir. Çünki hər bir savadlı insan öz ağlı və məntiqi ilə bir çox mörəkkəb məsələlərin həllini asanlıqla tapa bilər. Amma ilk öncə mən məktəbimi bacardığım qədər əla qiymətlərlə bitirməliyəm. Sonra isə instituta girib ali təhsilimi bitirməliyəm. Əgər hər şey arzuladığım kimi olsa lap yaxşı olar. Ancaq hər şey arzulamaqla bitmir. Bunların gerçəkləşməsi üçün ilk öncə çoxlu çalışmaq lazımdır. Həm də mənim fikrimcə kimisə özünə bir örnək kimi seçməlisən. Mən özümə örnək olaraq anamı seçmişəm. Çünki anam məktəbini əla qiymətlərlə bitirib. Ali təhsillidir. İndi isə sayılıb seçilən alimlər sırasındadır və arzulaya biləcəyi hər şeyə malikdir. Mən də anam kimi olamalıyam, çünki bunu çox istəyirəm. Ancaq bunun üçün hər gün çalışmalıyam. Əgər mən bunları yerinə yetirsəm gələcəkdə anam kimi bir vacib şəxs ola bilərəm. Həm də mən təkcə özümü düşünməli deyiləm. Mən öz xalqımı və vətənimi düşünməliyəm. Gərək mən vətənimə layiqli bir övlad kimi böyüyüm. Təhsil indiki dövrdə çox önəmlidir. Bizim təhsil almağımız üçün yeni-yeni kitablar çap olunur, məktəblər yikilir. Bir sözlə indi hər bir uşağın təhsil üçün hər cür imkan var. Biz bu imkanlardan yaxşı istifadə etməliyik, çünki bu bizim hələcəyimizi i.ıqlandırır.

46 yorum:

  1. Uğurlar.Sizə müvəfəqiyyətlər arzu edirəm.Xəyallarınızın gerçəklənməsi, gələcəyimizə layiqli şəxslərin yetişməsi vətənimizin gələcəyi üçündə parlaq olacaqdır...

    YanıtlaSil
  2. Uğurlar.Sizə müvəfəqiyyətlər arzu edirəm.Xəyallarınızın gerçəklənməsi, gələcəyimizə layiqli şəxslərin yetişməsi vətənimizin gələcəyi üçündə parlaq olacaqdır...

    YanıtlaSil
  3. Yanıtlar
    1. Men öz istediyim inşanı tapmadım bu nedi yazmısan deli deli axmaq

      Sil
    2. Sizin maraqlarınıza uyğun deyilsə, təhqirə ehtiyac yoxdur. Başqasının fikrini bəyənmirsiz , öz fikriniz isə ümumiyyətlə yoxdur.

      Sil
    3. Çox gözel dediz. Hamını öz fikri var. En azından bunu oxuyub mezmun çıxartmağı bacarmalısız

      Sil
  4. Yanıtlar
    1. Çox gözel yazmısınız menalıdı məndə bu sözlərdən istifade etdim sağolun

      Sil
    2. azərbaycan dili dərslik səhvə 59 çalışma 15

      Sil
  5. İnşallah arzularınız qəbul olar.Həyatınızda uğurlar arzulayıraç😘

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah arzularina çatarsan sene gelecek heyatinda ugurlar😊😊😊

      Sil
  6. Bu nedi ye məktəbə gedirsən ancaq inşa

    YanıtlaSil
    Yanıtlar
    1. Eledi ...😶 mende buna göre bunu oxudum belke axtardığımı tapdım?...😄

      Sil
  7. Uğurlar arzulayıram !geleceyin yaxşı olacaq.🤗

    YanıtlaSil
  8. sənə gəlcəyində uğurlar🌟🌠💝💗

    YanıtlaSil
  9. 😊çox qesey alınıb uğurlar derslerinde 🌸

    YanıtlaSil
  10. Çok iyisi heyatda da bele ol inşallah arzuna çatarsan

    YanıtlaSil
  11. 2014/2019 5 il keçib
    inşallah🤲 arzuna çatmısan.

    YanıtlaSil
  12. Çox bəyəndim təşəkkürlər. Həyatda uğurlar🤲. İstədiyim inşanı tapdım 🤩👍

    YanıtlaSil
  13. Arzularına inşallah çatlardan

    YanıtlaSil
  14. Çox klassik cümlələrdi və bəlkə də özünə uyğun daha da yaratıcı sözlər tapa bilərdin. Yəni " dərslərimi oxumlaıyam, valideynlərimin sözünə qulaq asmalıyam belə hər şey mükəmməl olacaq" deyə bir şey yoxdu. Bunlar səni tanımlamır.

    YanıtlaSil
  15. İnşallah arzuna catarsan

    YanıtlaSil
  16. ❤❤❤❤👍👍👍🥰🥰🥰😘😘🥺🥺🥺🥺🧡💛💚💙💜🤎

    YanıtlaSil
  17. 9 cu sinif azərbaycan dili dərsliyi sehve 59 çalışma 15 ə görə gələnlər. burdadılar 90 faiz.bu arada inşAllah arzuna çatarsan

    YanıtlaSil
    Yanıtlar
    1. Menn😅amma deyəsən özüm yazmalı olacam🤦🏻‍♀️

      Sil
  18. Təşəkkürlər,bəzi cümlələri oğurlayacaq😁

    YanıtlaSil
  19. Mene inşamda komek etdiyiniz ucun tesekkurler))

    YanıtlaSil
  20. Çox əla bəhs etmisiniz xəyallarinizdan♥️Əhsən🌹 inşallah ki arzulariniz çin olar!,🔐

    YanıtlaSil
  21. Çox gözel yazmısınız. Aferin.

    YanıtlaSil
  22. Yaxşı yazmısınız amma bilmirem bu mene inşafa kömek edecel?

    YanıtlaSil
  23. Men geleceyimi görmürem 🤝

    YanıtlaSil
  24. Salam inşallah hamı arzusuna çatar

    YanıtlaSil