23 Ağustos 2013 Cuma

Kağız

Kağız - məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material.
İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.

22 Ağustos 2013 Perşembe

Əsl kərtənkələlər

Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var.

21 Ağustos 2013 Çarşamba

Pandalar

Böyük panda (çin. 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca), bambuk ayısı — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayı.

20 Ağustos 2013 Salı

Almaz

Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib bilinən ən sərt maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır.

19 Ağustos 2013 Pazartesi

Zürafə

Zürafə (lat. Giraffa camelopardalis) – zürafələr fəsiləsinin zürafə cinsinə aid heyvan növü.
Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4-6 m arasında dəyişir.

18 Ağustos 2013 Pazar

Dağsiçanı

Chinese Hamster.jpgDağsiçanı — Gəmiricilər dəstəsindan bir məməli növü.
1930-cu ildə Suriya Yəhudi Universiteti Zooloji Budağı müəllimlərdən professor İsrael Aharuni bir dişi dağsiçanını və onun 12 balasını Suriya yaxınlığındakı bir qəsəbədə tapmışdır.

17 Ağustos 2013 Cumartesi

Havanın tərkibi

Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0.03%-dir).

16 Ağustos 2013 Cuma

Torpağın tərifi

Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". 

15 Ağustos 2013 Perşembe

Sərçəkimilər

Sərçəkimilər (Passeriformes Linnaeus, 1758) - yenidamaqlılar dəstəüstünə aid quşlar dəstəsi.
Dünyanın hər yerində yayılmışdır. 5 mindən çox, Azərbaycanda 150-yə qədər növü məlumdur.

11 Ağustos 2013 Pazar

Günəbaxan

Günəbaxan (lat. Helianthus) - çobanyastığıkımılər fəsiləsinə aid bitki cinsi.
Azərbaycanda günəbaxanın 2 hövü becərilir. Onlardan biri adi günəbaxan, digəri isə yerarmudu günəbaxanıdır.

8 Ağustos 2013 Perşembe

Teatr

Teatr (yunanca: τό θέατρον théatron „tamaşa yeri"; və θεάομαι theaomai „tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.

5 Ağustos 2013 Pazartesi

Mars

Mars və ya Mərrix — Günəş sistemində 4-cü planet. Orbiti Yer və Yupiter planetləri arasındadır. Marsın atmosferi çox seyrəkdir və onun təzyiqi yer atmosferi təzyiqindən 100 dəfə azdır. Ay və Merkuri kimi Mars da kraterlərlə örtülmüşdür. Marsda atmosferin varlığı onun səthindəki kraterlərin kəskin formalarını hamarlamışdır.