Teatr (yunanca: τό θέατρον théatron „tamaşa yeri"; və θεάομαι theaomai „tamaşa etmək sözündəndir")
— incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya
tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini
əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.
Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının
müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların
keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət
kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır, o hadisə, məkan və vaxtı dramada birlşdirməyi tələb etmişdir.
Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr
üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən
Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır.
Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni
"səhnə" şəklində yayılmışdır) də qurulurdu. Yunan allahı Dionisin
şərəfinə b.e.ə. 534-cü ildən drama, b.e.ə. 480-ci ildən başlayaraq isə
komediya tamaşaları nümayiş etdirilirdi. O dövrdəki bütün dramlar yalnız
bir neçə on illikdən sonra yenidən səhnəyə qoyulmuşdur.
Romalılar Pun müharibələri dövründə yunan teatr mədəniyyətini mənimsəyirlər. Bütün Roma imperiyasında teatrlar qurulur. Sonralar isə teatr öz əhəmiyyətini pantomimanın inkişafı ilə əlaqədər olaraq itirir.
Orta əsrlərdə dini mövzulu tamaşaların teatrlarda səhnələşdirilməsi
geniş yayılır. İntibah dövründə yenidən keçmişdə yayılmış olan dram və
komediyalara üstünlük verilir. Teatrın şimali İtaliyada açıq havada
oynanılan komediya forması (commedia erudita) geniş təşəkkül tapır . Nikkolo Makiavelli öz dövrünün məşhur komediya əsərlərini qələmə alır. Dramların məzmunu Aristotel təsəvvürünə əsaslanır.
Teatr sənəti Barokko dövründə olduğu kimi hələ geniş yayılmamışdır. XVII əsrdə səhnədə oynanılan hadisələr gözəl dünyanın əksini göstərirdi. Feodalizmin
tənəzzüllü və mütləqiyyətin qələbəsi köhnə dəyərləri dağıtmış və yeni
düşüncə tərzini formalaşdırmışdır. Dünya və səhnə arasındakı müqayisə,
hər bir şəxsə aid olan rolun oynanılması Vilyam Şekspir və Pedro Kalderonun əsərlərində özünə yer tapır. İnsan cəmiyyətin həqiqi üzü, allah rejissoru və tamaşaçısı ideologiyası o dövrün teatralikinin əsasını təşkil edirdi.
Romantika dövründə teatr səhnələrində əsasən lirik pyeslər tamaşaya qoyulurdu və vacib insan hisslərinin ifadə olunmasına yer verilirdi.
Yeni dövrdə teatr antik dövrdə mövcud olmuş xəttdən o qədər də kənara
çıxmır. Teatr səhnələrinin mövzusu bu ərəfədə naturalizm, dadaizm,
ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi
cərəyanların təsirinə məruz qalır. Bu dövrdə teatr sənətinin inkişafında
Antonin Artaud, Konstantin Stanislavski, Bertold Brext, Stiven Berkof, Samuel Bekert və Toni Kuşner kimi şəxslərin rolu olmuşdur.
Qaynaq: http://az.wikipedia.org/wiki/Teatr
Hiç yorum yok:
Yorum Gönder