Azərbaycanda günəbaxanın 2 hövü becərilir. Onlardan biri adi günəbaxan, digəri isə yerarmudu günəbaxanıdır.
Günəbaxan - vətəni Amerikadır. Yabanı halda Meksikada və Peruda
təsadüf edilir. Avropaya XVI əsrdə Meksikadan gətirilib və uzun müddət
bəzək bitkisi kimi istifadə olunub. Hündür birillik bitkidir. Yarpaqları
iri,bütöv ayalıdır, gövdə üzərində spiral şəklində düzülür, çiçəklər
gövdənin təpə hissəsində səbət çiçək qrupunda toplanır. Səbətin diametri
30 sm-ə bərabər olur. Səbət alt tərəfdən bir-birinə bitişmiş yaşıl sarı
yarpaqları ilə örtülmüşdür. Səbətdə minə qədər çiçək olur. Burada
toplanmış çiçəklər boru və dilcikşəkillidir. Boruşəkilli çiçəklər
səbətin ortasında yerləşir. Onlar pərdəşəkilli kasacıq və 5 bitişmiş
sarı rəngli ləçəkdən əmələ gəlmiş tacdan ibarətdir. Tacın ortasında
ikidilimli zərif dişicik və bitişik halda 5 erkəkcik yerləşir. Bitişmiş
erkəkciklər dişiciyi əhatə edən borucuq əmələ gətirir. Səbəti
qıraqlardan dilcikşəkilli sarı çiçəklər əhatə edir
--188.253.177.109 17:51, 12 fevral 2013 (UTC)Günəbaxan Günəşin simvoludur.
Qayna: http://az.wikipedia.org/wiki/G%C3%BCn%C9%99baxan
Hiç yorum yok:
Yorum Gönder