1 Ağustos 2013 Perşembe

Yarpaq

Yarpaq – bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan.
Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməklə əlaqədar yarpağın forması dəyişilə bilər.
Yarpaqda üzvi maddələr əmələ gəlir ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir qismini də ehtiyat qida halında müəyyən orqanlarda toplayır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada iştirak edir. Yarpaqların əlavə köklər əmələ gətirmə xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ surətdə çoxaldırlar.
Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar",saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir.
Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir.
Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, ona "yarpaqaltlığı" deyilir.
Əsas etibarilə yarpaqlar iki qrupa ayrılır:
  • Bəsit yarpaqlar
  •  Mürəkkəb yarpaqlar 
Qaynaq: http://az.wikipedia.org/wiki/Yarpaq

Hiç yorum yok:

Yorum Gönder