28 Haziran 2013 Cuma

Çanta

Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar.
Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır.
Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar.

27 Haziran 2013 Perşembe

Üzüm

Çox faydalı və qiymətli bitkidir. Ona görə də o, dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən hazırlanan kişmiş, şərbət, xoş ətirli doşab çox faydalıdır.
Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.Azərbaycanın əksər rayonlarında xalqımızın ən sevimli neməti kimi üzüm becərilir.
Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır.

25 Haziran 2013 Salı

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

1918-ci il iyunun 26-daAzərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.

24 Haziran 2013 Pazartesi

Qripə qarşı dondurma

Amerikada qeyri-adi dondurma istehsalına başlanılıb. Yeni dondurma bal, petkin, portağal və limon şirəsindən ibarətdir. Bəzən isə onun tərkibinə istiotda qatılır. Onun əsas istiqaməti isə qripə qarşı müalicə vasitəsi olmasıdır.

23 Haziran 2013 Pazar

Google

Google dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.

22 Haziran 2013 Cumartesi

Yabanı gilas

Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir.