Bütün müasir və nəsli kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi
yaraşıqlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları
tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu
uzundur. Bir qismi balaca (ev pişiyi), digəri iridir (şir, pələng).
Tükləri qısadır; şimali və yüksək dağlarda yaşayan növlərin tükü tropik
qurşaqlarda yaşayanlara nisbətən daha xovludur. Tropik meşə növlərinin
rəngi çox vaxt əlvan (boz, narıncı, yaxud bozumtul fonda qara ləkələr,
yaxud zolaqlar) olur. Şimal çöl və səhra növləri sarı, yaxud qum
rənglidir; qarnı ağdır. Vəhşi pişikkimilər bütün materiklərdə və iri
adalarda (Yeni Qvineya, Madaqaskardan başqa) yayılmışdır. Tropiklərdə daha çoxdur. Axşam və gecə həyatı
keçirirlər. Məməliləri, quşları, sürünənləri, balıqları, bəzən də
cücüləri yeyir. Xırda növlər hər il, iri növlər isə 2-3 ildən bir
çoxalır; yalnız ev pişiyi tez-tez balalayır. Xırda növləri 5-6, iri
növlər 2-4 bala doğur.
Hiç yorum yok:
Yorum Gönder