Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri ozü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.
Heyvanlar ümumi canlılar ələminin təkamülündə bitkilərin çarpaz
tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə
prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır.
Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.
Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.
Heyvanlar insan həyatında da böyük rol oynayır. Hələ ibtidai insanlar
heyvanların ətindən, dərisindən, sümüyundən istifadə edirdilər. Zaman
keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların
nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s.
təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül
sənaye xammalı ilə təmin edir. Heyvanlar həmçinin təbiətə gözəllik
verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır.
Təbiətdə onların qorunub saxlanılması, artırılması və cəmiyyət üçün
səmərəli istifadə edilməsi çox vacib məsələdir.
Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta
insan səhhətinə zərər verən heyvanlar də az deyildir. Təbiət üçün və
insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq və onlara
düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq
üçün heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilmək
lazımdır. O da məlumdur ki, heyvanların insan həyatında rolu zaman
keçdikcə dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi
kimi əhəmiyyəti xeyli azalmış, bunun əvəzində müxtəlif heyvandarlıq
təsərrüfatları inkişaf etdirilmişdir.
Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki
bir çox xəstəliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti,
qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır.
Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq ücün onların
törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və
ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən,
insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda
səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub
saxlanması çox mühüm məsələdir.
Qaynaq: http://az.wikipedia.org/wiki/Heyvanlar
Hiç yorum yok:
Yorum Gönder