Ağac bu gün ölçü vahidi kimi işlədilmir. Ancaq əski çağlarda,
xüsusilə orta əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox
istifadə edilmişdir. Bir ağac təxminən 6-7 km-ə bərabər götürülmüşdür. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını
düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər
olan məsafə 6-7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir. Bu ölçü vahidi
də şifahi xalq ədəbiyyatı nümunələrində geniş istifadə olunur.
"Gün o gün oldu ki, Əhməd tacirbaşı qəflə-qatırla gəlib çıxdı
Çənlibelin on beş-iyirmi ağaclığına". "Qoç Koroğlu, xan gəlib, mən
onları Çənlibelin üç ağaclığındakı bulağın başında qoyub gəldim".
Onu da qeyd etməliyik ki,arşın və ağac haqqında qaynaqlarda verilən bilgilər demək olar ki, üst-üstə düşür.
Hiç yorum yok:
Yorum Gönder