• Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkara çıxarmışlar
ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə
tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə
yağ-piy ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin
orqanizminin bu sirrini hələ də aça bilməmişlər.
• Cənub ölkələrində doğulan fillər şimal qışının soyuğuna çətinliklə
dözürlər.Ancaq Kanadanın Edmonton şəhərində yaşayan fili soyuq
qorxutmur. Ayaqlarına 87 ölçülü çəkmə geyən bu fil qarın üstü ilə
cəsarətlə addımlayır. Soyuğa davamlı fil yeni hədiyyə də almışdır, onun
xortumuna buruntaq geyindirilmişdir.
• Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da
düzəldirdirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi
1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.
• Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5
m, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt
və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar
üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq,
cəld və səssiz yeriyir. Filin xortumu çox elasiki və güclüdür. Burun
dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli
çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80
kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il
yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.
• Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni
doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca
gəzir.
• Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis seylər
hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik
dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.
• Alimlər bir müddət onların skletinin harada yerləşdiyini tapa
bilmirdilər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss
edərək özünü çaya və ya batağlığa atır.
Hiç yorum yok:
Yorum Gönder