
Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı
mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu
1,7-2,2 m, çəkisi 100-340 kilo olur. Boz ayı uzunsov sifətli, balaca
gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək
dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Bu yeməyin qarışıq
olmasıyla əlaqədardır. Burunu yaxşı inkişaf etmiş iybilmə selikli
qişaya malikdir.
Pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm,
bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda
mimika demək olar ki, yoxdur. Meşə heyvanı olan boz ayıya,
Zaqafqaziyanın cənub rayonlarındakı dağlı meşə ərazilərdə rast gəlmək
olar.
Hiç yorum yok:
Yorum Gönder