Bir çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş
tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı
tüklərin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş
görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş
tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi
dizayn qarşısında təəccübü daha da artardı.
Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu
borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları
fərqli olan bu tüklər quşa uçuş üçün havadan ən əlverişli şəkildə
istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən
keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin
üzərində "tükcük" deyilən və gözlə görünməyəcək qədər kiçik olan tüklər
var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd
kimi yapışır.
Durnanın tüklərinin təkcə birinin üzərində tük borusunun hər iki
tərəfində uzanan 650 ədəd incə tük var. Bunların hər birində isə 600
ədəd qarşılıqlı tükcük var. Bu tükcüklərin hər biri isə 390 dənə
qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi
bir-birinə keçmişdir. Qarmaqlarla ilişmiş bu tükcüklər o qədər
bitişikdir ki, tüstü üfürüldükdə belə aralarından keçmir. Qarmaqlar hər
hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya
daha ağır hallarda dimdiyilə tüklərini düzəltməsi tüklərin əvvəlki
halına düşməsi üçün kifayətdir. Quş tükünün bu quruluşu uçuş üçün son
dərəcə vacibdir; qanadların havanı keçirməməsi sayəsində quş uça bilir.
Quş tüklərindəki bu incə dizaynla yanaşı zəngin rəng müxtəlifliyi də
olduqca diqqətçəkəndir. Bu müxtəliflik tüklərin içərisində yerləşən və
tükün ilk əmələ gəlməsi əsnasında toplanan piqmentlərlə və ya işıq
hərəkətlərilə əlaqədar meydana gəlir. Keratin maddəsindən meydana gələn
tüklər ətraf mühit şərtləri səbəbindən qısa müddətdə köhnəldiyi üçün
müəyyən fasilələrlə təzələnir. Amma quş hər dəfə rəngarəng tüklərinə
yenidən qovuşur. Çünki quşların tükləri lazımi uzunluğu, quş növünün
rəng və naxış xüsusiyyətlərini tam əldə edənə qədər inkişaf edir.
Quş tüklərindəki saysız-hesabsız rəng və naxış müxtəlifliyi ilə birgə
qanadlardakı incə quruluşlar da yaradılışdakı üstün sənəti və elmi bizə
göstərən dəlillərdəndir.
Hiç yorum yok:
Yorum Gönder