
Amerikada qeyri-adi dondurma istehsalına başlanılıb. Yeni dondurma bal,
petkin, portağal və limon şirəsindən ibarətdir. Bəzən isə onun tərkibinə
istiotda qatılır. Onun əsas istiqaməti isə qripə qarşı müalicə vasitəsi
olmasıdır.
Belə ki, dondurmanın tərkibindəki bal qıcıqlanmanı
yüngülləşdirir, şirələrdə isə soyuqdəymə və qripə qarşı mübarizə aparan
bol C vitamini var. İstiot isə burunu təmizləyərək, tənəffüsü
asanlaşdırır.
İstehsalçıların sözlərinə görə, bu dondurma tərkibinə baxmayaraq ağzı
yandırmır, ancaq bir az acılıq hissi verir. "Dadlı dərman"ın fevral
ayından satışa çıxarılması planlaşdırılır. Onun qiyməti isə 12 dollar
olacaq.
Qeyd edək ki, bu cür dondurma istehsalı dünyada ilk deyil. Çexiyadakı
kafelərdən birində müştərilərə şüyüd, hisə verilmiş ət, sarımsaq, piyvə
dadlı dondurma təklif edirlər.
Hiç yorum yok:
Yorum Gönder