Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son
hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2
milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər
böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir.
Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton,kiçik qonurdişin kütləsi isə 3 qramdır.
Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər,quşlar,qurdlar , cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.
Həmçinin balıqlar, suda-quruda yaşayanlar, sürünənlər,quşlar,qurdlar , cücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.
Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına,
davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, akulanı və ağcaqanadı
müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində,
torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar
bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan
orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə
uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda,yarasalarda ,
cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq
sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf
(balinada, suitidə)
inkişaf etmişdir. Ona görə də heyvanın xarici quruluşuna gorə onun
hansı mühitdə yaşamasını, necə hərəkət etməsini və qidasını necə
tapmasını müəyyən etmək mümkündür.
Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon – heyvan, loqos
– elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini,
onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini,
fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanları
quruluşunun sadə və mürəkkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik
qruplara ayırmışlar. Heyvanlar aləmində ən ali sistematik vahid tip
adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir
neçə sinfə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr
fəsilələrə, fəsilələr cinslərə, cinslər də növlərə ayrılır. Məsələn,
məməlilər sinfinin yırtıcılır dəstəsinə itlər, pişiklər və ayılar
fəsilələri daxildir. Heyvanların təbii təsnifatı ilə heyvanların
sistematikası məşğul olur. Bu elm heyvanlar aləminin təkamülünü əks
etdirir. Heyvanların morfologiya və fiziologiyasını sadədən mürəkkəbə
doğru (ibtidaidən aliyə doğru) öyrəndikcə, təbiətdə gedən təkamül
prosesinin reallığını dərk etmək olar. Zoologiya heyvanlar aləminin
qorunmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsasını
təşkil edir.
Qaynaq: http://az.wikipedia.org/wiki/Heyvanlar
Qaynaq: http://az.wikipedia.org/wiki/Heyvanlar
Hiç yorum yok:
Yorum Gönder