23 Ocak 2013 Çarşamba

Bunlar maraqlıdır.

  Mikki Mausun yaradıcısı Uolt Disney siçanlardan çox qorxurmuş.
2006-cı ildə McDonalds firması Heyvanları müdafiə cəmiyyətinin təkidi ilə plastmast dondurma qablarının formasını dəyişdirdi. Çünki meşədə atılan dondurma stəkanlarının içində qalan dondurmanı yemək üçün balaca heyvanlar, əsasən də kirpilər başlarını qabın içinə salır, sonra isə oradan çıxa bilməyərək, acından ölürdülər.

4 Ocak 2013 Cuma

Nağıl qəhrəmanlarının etirazı.

Mən yanvarın 3-çü ailəmlə birlikdə Bakı Uşaq Teatrına getdim. Bizi ora dəvət etmişdilər. Orada nağıl qəhrəmanlarının etirazı adlı tamaşa göstərdilər. Nağıl qəhrəmanları onları tez-tez tamaşalarda, tilevizorlarda föstərmirlər deyə etiraz edirdilər. Orada çoxlu uçaqlar var idi. Ancaq yer az idi. Bir neçə uşağa yer çatmamışdı. Mən və qardaşıma da yer çatmamışdı. Sonra içəridən stullar gətirdilər. Həmin stullarda  biz də oturduq. Tamaşa qurtaranda isə hamı evinə getdi.

Məktəblərdə şahmat fəninin tədrisi ilə bağlı yeniliklər gözlənilir

Bu yeniliklər cərcivəsində orta ümumtəhsil məktəblərində, eləcə də məktəbdənkənar müəssisələrdə şahmat fənnini tədris edən müəllimlər üçün sertifikatlaşdırma proseduru tətbiq olunacaq. Bundan başqa bütün məktəblərdə şahmat fənninin tədrisi palnlaşdırılır və bu məqsədlə peşəkar təhsilli şahmatçıların tədris prosesinə cəlbi nəzərdə tutulub.