Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, təklif qəbul olunarsa orta məktəblərdə şahmat fənnini yalnız sertifikat almış müəllimlər tədris edə biləcək:
“Şahmat fənnini keçmək üçün müraciət
edənlərin sayı çoxdur. Sertifikatlaşdırma həmin şəxslərin arasından ən
yaxşısını seçməyə imkan verəcək”. Sumqayıt şahmat-dama məktəbinin
müəllimi Arzu Həşimzadə də hesab edir k, belə bir qərar çoxdan verilməli
idi: “Şahmat uşaqlarda zehni inkişafa səbəb olur. Biz məktəblərdə
coxdan tədrisinə başlamalıydıq”. Sumqayıt şahmat-dama məktəbinin
direktoru Elbrus Sadıqov isə ölkədə kifayət qədər idman şahmat
ustalarının olduğunu və bu mütəxəsislərin şahmatın tədrisinə
yönəldilməsini dogru hesab edir:
“Elə valideyinlər var ki, artıq özləri
şahmata gətirirlər uşaqlarını. Kifayət qədər müəəlimlərimiz də var”.
Qeyd edək ki, hazırda 75 pilot məktəbin 3-cü, 379 məktəbin isə 2-ci
siniflərində şagirdlərə şahmat fənni tədris edilir. Gələn il may-iyun
aylarında şahmat fənninin tədrisi ilə bağlı monitorinqlərə start
veriləcək.
Hiç yorum yok:
Yorum Gönder