23 Ocak 2013 Çarşamba

Bunlar maraqlıdır.

  Mikki Mausun yaradıcısı Uolt Disney siçanlardan çox qorxurmuş.
2006-cı ildə McDonalds firması Heyvanları müdafiə cəmiyyətinin təkidi ilə plastmast dondurma qablarının formasını dəyişdirdi. Çünki meşədə atılan dondurma stəkanlarının içində qalan dondurmanı yemək üçün balaca heyvanlar, əsasən də kirpilər başlarını qabın içinə salır, sonra isə oradan çıxa bilməyərək, acından ölürdülər.
Buna görə də McDonalds dondurma qablarının qapaqlarını kiçiltdi ki, ora heyvanlar girə bilməsinlər.
Ağ-qara televizorlarda ekran rəngləri yaxşı inkişaf etməmişdi. Qırmızı pomada çəkən qadınların dodaqları ekranda ağ görünürdü. Ona görə də onlara yaşıl pomada çəkirdilər, onda ekranda qırmızı rəng alırdı.
Yer kürəsinin Günəş ətrafında fırlanması elmə çoxdan məlumdur və hamı bunu qəbul edir. Lakin Vatikan bu məsələ ilə yalnız 1992-ci ildə rəsmi olaraq razılaşıb.
Yeni Zelandiyada 2005-ci ilin martından 2006-cı ilin avqust ayına kimi bütün yüksək postlara (hökumət başçısı, general-qubernator, baş nazir, spiker, ali məhkəmə sədri və s.) qadınlar təyin olunmuşdu. Bu dünya miqyasında yeganə haldır.
Seylon ağacları yarpaqlayanda əvvəlcə qırmızı, sonra sarı, daha sonra isə yaşıl rəngə çevrilir.
Stolüstü tennis 1880-ci illərdə ingilis elit cəmiyyətinin maraqlı əyləncəsi hesab olunurdu. O vaxt tor əvəzinə kitab düzürdülər, şarik əvəzinə şampan probkasından, raketka kimi isə portsiqardan istifadə olunurdu.
Qolf üçün topun sürəti vululandan növbəti anda 270 km/saat olur.
Qədim Romada tamaşalar çox təbii keçirilirdi. Əgər tamaşada rola görə ölüm nəzərdə tutulmuşdusa, bu hal elə səhnədə ölüm hökmünə məhrum edilmiş cinayətkar vasitəsilə icra olunurdu.
Koreyada insanın yaşının artması doğulduğu gündən deyil, yanvarın 1-dən dəyişir. Uşaq doğulan kimi onun 1 yaşı hesab edilir. Yanvardan isə artıq 2 yaşına keçir. Orada yaşı soruşanda aydınlaşdırmaq lazımdır: koreya yaşını, yoxsa qərb yaşını soruşurlar.



Mənbə:tac.az

Hiç yorum yok:

Yorum Gönder