Ayrıca mən anamı televizorlarda gedən proqramlarda da görürəm. Bu məndə fəxr hissi yaradır. Nənəm mənə demişdir ki, anam məktəbdə çox yaxşı oxuyub, əlaçı olub.
Buna görə də anam məktəbi bitirəndə ona gümüş medal verilib. Məktəbi bitirdikdən sonra ana ali təhsil almış, sonra isə müəllimə olmuşdur. O, biologiya və informatika dərslərini keçirdi. İndi isə anam Təhsil Nazirliyində işləyir. Mənə sonradan aydın oldu ki, anam sadəcə uşaqlara deyil müəllimlərə də dərs keçir. Çünki o, təlimçikimi də işləyir. Anam ozü üçün 2 sayt düzəldib. Ancaq ozü üçün deyl başqaları üçün də sayt düzəldir. Bundan əlavə mənim anam ev işlərini də çox bacarıqla yerinə yetirir. Çalışır ki, evimiz hər gün təmiz, səliqəli olsun. Anam birinci bizdən nə istədiyimizi soruşur, sonra isə yemək bişirir. İstirahət günlərində işlərinin çox olmasına baxmayaraq çalışır ki, gününü bizimlə keçirsin.
Sonda onu demək istəyirəm ki, mən anamı bu xüsusiyyətlərinə görə sevir və gələcəkdə onun kimi olmağı arzulayıram.
Hiç yorum yok:
Yorum Gönder