15 Mayıs 2014 Perşembe

Mərcan polipləri

Mərcan polipləri (lat. Anthozoa) — onurğasız dəniz heyvanlarının dalayıcılartipinə aid sinfi. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu kolniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar.

Ağac kimi qol ataraq artan mərcanların yalnız üst qatı yaşayır, alt qatı isə ölür. Beləcə şişərək böyüyən mərcanlar dayaz yerlərdə qayalıqlara və adalara çevrilirlər. Bu prosesə aylar, illər yox, min illər lazım gəlir.
Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir. Onların əksəriyyəti koloniya, bəzi növləri isə tək halda yaşayır. Mərcan polipləri yalnız polip formasında mövcuddur. Rusiya dənizlərində yaşayan aktiniyanın bədəni formaca dirəyə oxşayır. Bədən çox parlaq rəngdə olur və qəşəng çiçəyə bənzəyir. Bu xüsusiyyətlərinə görə onlar heyvanlara nisbətən bitkilərə daha çox oxşayır. Aktiniyalar yırtıcı heyvanlardır. Qidasını (xərçənglər, molyuskalar və b.) qolları vasitəsilə ovlayır. Aktiniyada qidanın həzmi hidralarda olduğu kimidir. Aktiniyalar döşənək vasitəsilə substratın üzərində yavaş-yavaş hərəkət edir. Onlar bəzən molyuskaların çanağı və xərçənglərin zirehi üzərində yaşayıb həmin heyvanlar ilə simbiotik həyat keçirir.
Mərcan rifləri qədim geoloji dövrlərdən başlayaraq mövcud olmuşdur, lakin rif əmələ gətirən heyvanların növ tərkibi dəyişmişdir.
Qaynaq: http://az.wikipedia.org/wiki/M%C9%99rcan_polipl%C9%99ri

Hiç yorum yok:

Yorum Gönder