Belə ki, alimlər bu müşahidəni 11 il ərzində 45-74 yaş arasında olan 90 min nəfər adam arasında aparıblar. Təcrübə iştirakçıları istehlakın həcmi və mütamadiliyindən asılı olaraq 5 qrupa bölünüblər. Nəticədə müəyyən edilib ki, o qrupda ki, insanlar daha çox, məsələn gündə bir dəfə balıq yeməklərindən istifadə edirlər, həftədə bir dəfə balıq yeməkləri istifadə edənlərlə müayisədə qara ciyər xəstəliklərinə tutulma riski 3 dəfə azdır.
Alimlər hesab edirlər ki, yağ turşusu olan balıq yeməkləri həmçinin qara ciyərdə olan iltihab prosesini aradan qaldıra bilir. Amma bununla belə, alimlər qeyd edirlər ki, əldə olunan nəticələr o demək deyil ki, içində yağ turşuları olan bioloji əlavələr də onkoloji xəstəliklərin aradan qaldırmasına kömək edə bilsin.
Qaynaq: http://anspress.com/index.php?a=2&lng=az&nid=156235
Hiç yorum yok:
Yorum Gönder