Çox faydalı və qiymətli bitkidir. Ona görə də o, dünyanın bir sıra
ölkələrində çox qədimdən becərilir. Üzümdən hazırlanan kişmiş, şərbət,
xoş ətirli doşab çox faydalıdır.
Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.Azərbaycanın əksər
rayonlarında xalqımızın ən sevimli neməti kimi üzüm becərilir.
Müəyyən
edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan
maddələr vardır. Bunlardan şəkəri [qlükoza, fruktoza, saxaroza], dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Üzüm tənəyinin yarpağı da çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.
Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində,
tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və
böyrək xəstəliklərində çox xeyirlidir.Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümümi zəiflikdə çox
faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə
xəstəliyinin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun
qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir.
Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.
Hiç yorum yok:
Yorum Gönder