Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır.
Bunlardan: alma, limon və xinin turşularının [2,5 – 4 %-ə qədər],
qlükoza və saxaroza şəkərlərini [6 – 9,5 %], aşı maddələri [0,4 %], C
vitaminini [20 – 50 mq %], karotini [3,5 %], pektin maddələri, dəmir
duzlarını və efir yağını göstərmək olar. Yarpaqlarında isə 250 – 280
mq % C vitamini, 2 – 3 %-ə qədər aşı maddəsi, üzvi turşular vardır.
Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi
dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman
kimi işlədilir.
Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə
olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin
vaxta günün qabağında və ya çadır altında, yaxud peç üzərində
qurudurlar. Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə
və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və
yarpaqlarını havası daim dəyişilən, quru havalı binalarda saxlamaq
lazımdır.
Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd
yolları xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş
əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq
qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.
Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay
dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik
yollarında daş yığılan zaman daşsalıcı və iltihabı aradanqaldırıcı,
həbelə sidikqovucu dərman kimi içirlər.
Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən [1:10
nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə] "çiyələk suyu"
hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində
sidikqovucu kimi işlədilir.
Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından
sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir.
Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi
dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel
xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə
qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır,
sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə
2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri
qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində
qüvvətverici kimi çox faydalıdır.
Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.
Qaynaq: http://az.wikipedia.org/wiki/%C3%87iy%C9%99l%C9%99k
Hiç yorum yok:
Yorum Gönder