İş əsnasında az qala bütün işlərini
ekran qarşısında görənlər üçün qısa fasilələr şərtdir. Ekran qarşısında
hər 1 saatlıq iş üçün özünüzə 5 dəqiqə fasilə verməlisiniz.
Göz problemlərini önləmənin bir başqa
asan yolu ekranı təmizləməkdir. Ekranda olan toz, barmaq izi və digər
ləkələr diqqəti dağıdır və oxumağı çətinləşdirir.
Monitorun ekranını tez-tez təmizləməyi vərdiş halına gətirin. Hər səhər işə başlamazdan əvvəl ekranı silmək ideal zamanlamadır.
Monitorla aranıza məsafə qoymalı və çox
yaxın oturmamalısınız. Kompüter ekranı və gözləriniz arasında 20-24 sm.
uzaqlıq olmalıdır.
Ekranın mərkəzi isə gözlərin altından 10-15 dərəcəlik bucaq təşkil etməlidir.
Kompüter başında qaldığınız müddətdə bu
dəyişiklikləri edə bilmir ya da tam işə yaramadığını hiss edirsinizsə
göz həkiminizdən məsləhət alın.
Qaynaq: http://veteninfo.az/sosial/11269.html
Hiç yorum yok:
Yorum Gönder