Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar.
Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır.
Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından
və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri
daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey
eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə
unudulur və hətta adları da dildən itir.
Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil.
Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət
sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb
olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar
daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və
s.
İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə
lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha
— çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Qaynaq: http://az.wikipedia.org/wiki/%C3%87anta
Hiç yorum yok:
Yorum Gönder