2 Temmuz 2013 Salı

Şokolad

Şokolad (astek dilindən chocolatl - kakao toxumundan içki) kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatı. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa quru süd, qəhvə, qoz və s. qatılır.
Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır.
Qaynaq: http://az.wikipedia.org/wiki/%C5%9Eokolad

Hiç yorum yok:

Yorum Gönder