Müsəvi güzgülər eyni ğlçülü virtual şəkillər göstərirlər. Refleksion
güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur.
Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən
asılı olur (qabarıq, çökül, dalğavari güzgü). Burada güzgüyə olan məsafə
də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq
güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır.
Ən geniş yayıllmış güzgü növləri məişətdə, əsasən isə evlərdə
işlədilən güzgülərdir. Onlar arxa tərəfinə nazik aluminium qatı çəkilmiş
şüşələrdən ibarətdir. Keçmişdə gümüşdən güzgü kimi istifadə edilirdi.
Şüşənin arxasına çəkilmiş metal qatı əlavə olaraq oksidləşmədən qorumaq
üçün rənglə örtülür.
Güzgülər çox qədim zamanlardan insana məlum olmuşdur. İlk insan
tərəfindən yaradılmış güzgü tunc dövrünə gedib çıxır. O zaman üzü
hamarlanmış metal lövhələrdən güzgü kimi istifadə edilirdi.
Hiç yorum yok:
Yorum Gönder