17 Temmuz 2013 Çarşamba

Qızılın xüsusiyyətləri

Qızıl özünə xas sarı rəngdədir. Əksərən sıx metaldır. Qızıl məsələn, dəmir və şüşə kimi daha az sıx maddənin eyni ölçüdəki bir hissəsindən daha ağırdır. Qızıl sıx olmaqla yanaşı həm də olduqca yumşaq bir metaldır.
Metalların içərisində (çəkiclə döyülməklə) ən asan şəklə salına biləndir. Qızıl çəkiclə döyülməklə nazik bir təbəqə halına gətirilə bilər, məsələn, bir qram qızıl döyülməklə 180 sm kvadratlıq bir təbəqəyə çevrilə bilər. Bir qızıl yarpağının qalınlığı 1 sm-in milyonda biri qədər ola bilər, bu qalınlıq 1000 atomun qalınlığı qədərdir.
Qızılın dəyərli olmasının səbəblərindən biri də, az tapılan bir metal olmasıdır. İnsanların sahib olmaq istədikləri bir maddə nə qədər azdırsa, dəyəri də o qədər artır. Qızıl yerin səthində və dənizlərin dibindəki yer qabığında tapılır. Ancaq yenə də tapıldığı yerdə az miqdarda olur. Qızılın dəyərliliyini artıran səbəblərdən biri də, vaxt keçməklə xarab olmamasıdır. Minlərlə il bundan əvvəl düzəldilən qızıl pullar və heykəllər, dünən düzəldilmiş kimi parlaqlarını mühafizə etməkdədir. Digər bir çox metal isə hava ilə təmasda olduqda aşınmağa, yeyilməyə başlayır.
Məsələn, dəmir oksigen və suyun meydana gətirdiyi pasla xarab olur. Dəmir atomları, oksigen atomları və su ilə birləşərək dəmir hidroksidi meydana gətirir. Bu qırmızı bir tozdur. Bu səbəblə dəmir mühafizə edilmədikdə getdikcə xarab olur və dəmir oksidə çevrilir. Qızıl isə kimyəvi olaraq sabit bir metaldır. Kimyəvi sabit maddələr, başqa cisimlərlə asanlıqla birləşə bilməz. Qızılı havanın oksigeni, su və turşular xarab edə bilmir. Buna görə də paslanmır. Metalların çoxu metal olmayan elementlərlə birləşməklə mineralları meydana gətirir. Təbiətdə, metallar ümumiyyətlə mineral yığınlarının içində tapılır. Metalı əldə etmək üçün minerallar mədənlərdən götürülüb bunların içindən saf metallar çıxarılır. Ancaq qızılın vəziyyəti başqadır.

Hiç yorum yok:

Yorum Gönder