Göyərçin (lat. Columba) - göyərçinlər fəsiləsinə aid heyvan
cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı
quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı
əyilmişdir. Qanadları orta uzunluqdadır. Olduqca sürətli uçarlar.
Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir.
Ağaclarda və
qayalıq yerlərdə olur. Meyvələr, dənəli və ya tumlu toxumlarla
bəslənərlər. Ümumiyyətlə iki dənə yumurta qoyurlar. Erkək və dişi
birlikdə kürt yatarlar, balaları birlikdə böyüdərlər. Hər iki cinsin
kürt yatma zamanı kursalarından südə bənzər bir maye ifraz olur ki, ilk
dövrdə də bu maye ilə balalarını bəsləyərlər. Balalar yumurtadan gözləri
bağlı və çılpaq vəziyyətdə çıxar.
Qaynaq: http://az.wikipedia.org/wiki/G%C3%B6y%C9%99r%C3%A7in
Hiç yorum yok:
Yorum Gönder