4 Temmuz 2013 Perşembe

Çiçək

Çiçək - tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ.
Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neça toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır.
Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır.
Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində - çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir.
Çiçəkdə ləçəklərdən ibarət parlaq rəngli tac diqqəti cəlb edir. Tacdan aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasacıq və ya çiçək yatağı yerləşir. Tac və kasacıq çiçək yanlığını təşkil edir. Çiçək yanlığı çiçəyin daxili hissələrini zədələnməkdən qoruyur və tozlayıcı cücüləri özünə cəlb edir.
Çiçəyin əsas hissələri dişicik və erkəkcikdir. Erkəkcik nazik erkəkcik sapından və tozluqdan ibarətdir. Tozluğun içərisində tozcuqlar əmələ gəlir. Dişicik genişlənmiş hissədən yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından ibarətdir. Yumurtalıqdan meyvə əmələ gəlir. Bəzi bitkilərdə, məsələn, alma, armud, heyva və s. meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edir.
Bitkilərin çox az hissəsində çiçəklər tək-tək yerləşir. Çobanyastığı, albalı, gilas, günəbaxan, inciçiçəyi və bir çox bitkilərdə çiçəklər qruplara toplanaraq çiçək qruplarını təşkil edir.
Erkən yazdan başlayaraq payızın axırlarına qədər meşələrdə, tarlalarda, bağlarda və parklarda bitkilər çiçək açır. Fındıq və dəvədabanı bitkiləri hələ qar əriməmis çiçəkləyir.
Qaynaq: http://az.wikipedia.org/wiki/%C3%87i%C3%A7%C9%99k

Hiç yorum yok:

Yorum Gönder