Balıqlar (lat. Pisces)
– orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək
xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının
sinifüstü.
Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm
də atmosfer havası ilə tənəffüs edir.
Bəzi növlərdə əlavə tənəffüs
orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt
üzgəclər əmələ gəlmişdir.Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri,
cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir
cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü
olur. Bədən forması çox müxtəlifdir.
Hiç yorum yok:
Yorum Gönder