14 Temmuz 2013 Pazar

Adi şaftalı

Adi şaftalı (lat. Persica) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid növ.
Doğma yeri Mərkəzi və Şimali Çindir. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir.
Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir. Bəzi fikirlərə görə dünyanın ən dadlı şaftalıları Azərbaycanda, Xaçmaz rayonunun Nərəcan kəndində yetişdirilir.

Hiç yorum yok:

Yorum Gönder