Parabüzən (Coccinellidae), (Hemiptera) dəstəsindan bir böcək növü.
Böcəklər fəsiləsindən olan, qırmızı bərk qalxanvari qanadları üzərində 7
ədəd qara xalları olan növü faydalıdır. Bədənin uzunluğu 4-7 mm, girdə
və üstü qabarıq (sferik) formalıdır.
Dünyanın hər yerində müxtəlif
növləri yayılmışdır. Azərbaycanda 60-dan çox növü vardır.Böcəklər əsasən
bitkilərdəki zərərverici həşəratlardan mənənə, yastıca və onların
sürfələri ilə qidalanır. Kənd təsərrüfatı bitkilərinə zərərverənlərə
qarşı bioloji mübarizə məqsədilə insanlara xeyir verən böcəkdir.
Parəbüzənləri kimyəvi mübarizə üsullarından qorumaqla onların
çoxalmasına səbəb yaradılmalıdır.
Qaynaq: http://az.wikipedia.org/wiki/Parab%C3%BCz%C9%99n
Hiç yorum yok:
Yorum Gönder