8 Temmuz 2013 Pazartesi

Kəpənəklər

Kəpənəklər (lat.Rhopalocera) - pulcuqluqanadlılar dəstəsinə aid takson. Kəpənəklər müxtəlif böyüklükdə olur. İki cüt pərdəşəkilli qanada malikdir. Ən səciyyəvi xüsusiyyətlərindən biri qanadlarının müxtəlif rəngli pulcuqlarla örtülü olmasıdır. Onları əlvan edən bu pulcuqlardır. Yetkin Fərdlərdə ağız sorucu, tırtıllarda isə gəmiricidir. Əksəriyyəti çiçək şirəsi (nektarı) ilə qidalanır. Kəpənəklərdə duyğu orqanları, xortum, gözlər və bığcıqlaryaxşı inkişaf etmişdir. Gözləri əksərən fasetlidir. İstənilən yerdə tək-tək və ya topa halında yumurta qoyurlar. Yumurtaları müxtəlif böyüklükdə və rənglərdə olur. Cücülər sinfində yalnız kəpənəklərin sürfələri tırtıl adlanır.
Qaynaq: http://az.wikipedia.org/wiki/K%C9%99p%C9%99n%C9%99kl%C9%99r

Hiç yorum yok:

Yorum Gönder