9 Temmuz 2013 Salı

Elektron poçt

Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.

ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır.
Elektron ünvanla işləyərkən SMTP və POP3 protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt qutusunun abonenti daxil ola bilər. Abonent serverə müraciət edərkən poçtu oradan çıxarır, poçt qutusundan çıxarılan məktub serverdə saxlanılmır.
Elektron məktubların ünvanı DNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir.
Qaynaq: http://az.wikipedia.org/wiki/Elektron_po%C3%A7t

Hiç yorum yok:

Yorum Gönder