Maliyyə uğuru və zənginlik
istəyirsinizsə işdə və ofisdə zənginlik gətirən bitkilər becərin. Bir
çox bitkilər var ki, onların insanlara uğur gətirdiklərini hesab
edirlər. Belə bitkilər çoxdur, seçə bilərsiniz.
Dovşankələmi (lat. Crassula)
Yəqin ki bunun pul ağacı olduğunu bilirsiniz. Bu pul ağacı mütləq sizə maliyyə uğurları gətirəcək. Lakin bunun üçün ona yaxşıca qulluq etməlisiniz.
Qısası bu elə də çətin deyil.
Bu bitki sizə nəinki pul gətirəcək, həm də sizin stressinizin və fiziki
yorğunluğunuzun da öhdəsindən gələcək. Eyni zamanda olduğunuz yerin
havası da təmiz olacaq.Dovşankələmi (lat. Crassula)
Yəqin ki bunun pul ağacı olduğunu bilirsiniz. Bu pul ağacı mütləq sizə maliyyə uğurları gətirəcək. Lakin bunun üçün ona yaxşıca qulluq etməlisiniz.
Küpəçiçəyi (Fuksiya)
Əgər sonsuz çətinliklər arasında
qalmısınızsa bu bitki sizi oradan çıxaracaq. Küpəçiçəyi ruhunuzu
qidalandırır və canlandırır. Bununla da sizi həyata qarşı daha həvəsli
edir. Ətrafınızda bu bitki olduqda davamlı orijinal ideyalar yaradacaq
və ən çətin tapşırıqları qeyri-standart üsullarla həll edəcəksiniz.
Küpəçiçəyi – hər bir sahədə uğur simvolu olsa da, daha çox incəsənət
sahəsində olanların köməyinə çatır. Bu bitki sahibini ruhən dəyişdirmək
və inkişaf etdirmək imkanlarına malikdir. Onunla siz hər gün tamam başqa
bir insan olacaqsınız.
Yapon aukubası
Daha bir uğur talismanı. Lakin bu hələ
onun əsas keyfiyyəti deyil. Sirr deyil ki, hər bir insanın daxilində əsl
xəzinə gizlənib – bu da çox zaman üzə çıxmayan istedaddır. Yapon
aukubası bu istedadların üzə çıxarılmasına və insanda yeni maraqlı
keyfiyyətlərin yaradılmasına kömək edir.
Bougainvillea
Bu bitki ümumilikdə maliyyə dahisi hesab
olunur. Bu ən güclü pul simvoludur. Bougainvillea bütövlükdə maliyyə
ilə, pulların enerjisi və gücü ilə bağlıdır. Bu çiçəklənən bitki uğurdan
istifadə etməyi və uğur sükanını lazım olan istiqamətə çevirməyi
bacaranlara kömək etməyi sevir. Bougainvillea sərfəli pul yatırımlarının
edilməsinə, maliyyə əməliyyatları üçün ən yaxşı cəhətlərlə təmin etmək,
müştərilərin artırılmasına kömək edir.
Lakin yadda saxlayın ki, bu bitki
çalışqan və məsuliyyətli insanlara kömək edir. Əgər sizdə bu bitkidən
varsa siz onu daha da güclü edə bilərsiniz. Bu bitkinin talismanları
metal predmetlərdir və bitkinin yaxınlığında bürünc sikkələrdən
hazırlanmış simvolik qılınc asmaq yolunuzun üstündəki rəqibləri aradan
qaldıracaq.
Cənub-Şərqi Asiyada demək olar ki, hər
bir bank və yaxud maliyyə təşkilatında mütləq bu bitkidən olur. Bu
bitkilər burada maliyyə axınını aktivləşdirmək üçün qoyulur.
Bambuk
Ev şəraitində yetişdirilən bambuk
çiçəklənmə simvolu kimi məşhurdur. O evə uğur və firavanlıq cəlb edir.
Əsl zənginlik bəxş edən bambuk eyni zamanda böyük qayğı tələb etmir və
ona qulluq etmək çox sadədir. Həmçinin bambuk sürətli tərəqqi, fəal
başlanğıc, bütün sahələrdə inkişaf simvoludur.
Bambuk həmçinin uzun ömürlülük simvolu olduğu üçün onun sayəsində əldə edilən uğurlar da uzun ömürlü olacaq.
Nanə
Çox az insan bu adi bitkinin biznesə
müsbət təsir etdiyini və pul cəlb etdiyini bilir. Orta əsrlərdə tacirlər
müştəriləri cəlb etmək üçün öz mağazalarını, satış nöqtələrini nanə ilə
əhatə edirdilər. İşlədiyiniz ofis də yanınıza dibçəkdə nanə qoyun və
bununla da həm hava ətirli olacaq, həm də müştərilər cəlb olunacaq.
Hiç yorum yok:
Yorum Gönder