21 Ağustos 2013 Çarşamba

Pandalar

Böyük panda (çin. 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca), bambuk ayısı — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayı.

Əlamətləri

Boyu 1,2-1,5 m, kütləsi 30-160 kq olur. Digər ayı növlərindən quyruğunun uzunluğu ilə fərqlənir. Quyruğunun uzunluğu 12 sm-dir. Bədəninin çox hissəsi ağ xəzlə örtülüb. Bədənində qara rəngli xəz də var. Gözlərinin ətrafı, qulaqları. ayaqları, quyruğunun uçu və bazu nahiyəsi qaradır. Ağaclara yaxşı dırmaşır.

Həyat tərzi

Panda yırtıcılar dəstəsinə aid olsa da, qida rasionunun çoxsunu bitki təşkil edir. Demək olar ki, onlar yalnız bambuk yeyirlər (bu səbəbdən də ona həm də bambuk ayısı deyirlər). Yetkin panda gün ərzində 30 kq bambuk yeyə bilir. Pandaların qidasını yumurta və cücülərlə yanaşı sincab da təşkil edir.
Qaynaq: http://az.wikipedia.org/wiki/B%C3%B6y%C3%BCk_panda

Hiç yorum yok:

Yorum Gönder