20 Şubat 2014 Perşembe

Qozun saymaqla bitməyən faydaları

Tərkibindəki yağ və maqnezium sayəsində zehni funksiyaların aktivliyini artıran qoz unutqanlıq kimi xəstəliklərin dərmanıdır. Ailem.az qozun faydalarını sadalayır: Uşaqlarda zehni inkişafa faydası olan qoz ürək ritmini tənzimləyir. Qozun tərkibindəki yağ turşuları ürək xəstəliklərinin qarşısını alaraq kişilərdə rastlanan prostat xərçəngini əngəlləyir. Uşaqlarda omeqa-3 çatışmazlığı nəticəsində yaşanan hiperaktivlik və davranış pozuqluğu əleyhinə qoz çox faydalıdır.
Omeqa-3-lə zəngin olduğu üçün uşaqlarda zehni inkişafı sürətləndirir, ürək və təzyiq xəstəlikləri zamanı qan təzyiqini tənzimləyir. Qan laxtalanması zamanı qoz yeyilməsi laxtalanmanın qarşısını alır. Qozun beyin damarlarına da faydası var. Qoz eyni zamanda güclü antioksidan təsirə malik olub, sinir sisteminə zərər verən unutqanlıq xəstəliyinin irəliləməsini əngəlləyir. Gündə 3-4 ədəd qoz yesəniz, faydasını görəcəksiniz. Qoz sədəf və eqzema xəstəliklərinin müalicəsinə də faydaldır. Qozu artıq miqdarda yesəniz, sağlamlığınıza ziyan vurarsınız. Gün ərzində 3-4 ədəd qoz yemək kifayət edər. Çox qoz yeyilməsi bir sıra əks təsirlərə malikdir.

 Qaynaq: http://ucnoqta.az/?p=45647

Hiç yorum yok:

Yorum Gönder