Ətrafdakılar nə vaxt işıq saçır? Beyin
insan orqanizmində ən az öyrənilən yer olmasına baxmayaraq onunla bağlı
bilgilər də az deyil. Kulis.az beyinlə bağlı maraqlı faktları təqdim
edir. Beynimiz soyuducu lampasından daha az enerji sərf edir. Beyin gün
ərzində 12 vatt gücündə enerji sərf edir.
Vücud ağırlığının sadəcə 3
faizini təşkil etməsinə baxmayaraq, beyin bütün enerjisinin 17 faizini
işlədir. Diqqətli və uzun düşünmə vaxtı sərf etdiyimiz enerji o qədər
kiçikdir ki, heç hiss də olunmur.
Tez-tez səyahət etmək yaddaş zəifliyi yaradır
Tez-tez qitələrarası səyahət edən insanlarda yaddaş zəifliyi yaranır. Çünki insan təyyarədə stress keçirir.
Növbə üsullu ilə işləyənlərdə də eyni hala rast gəlinə bilər. Nəticədə, bəzi xatirələrin yaddaşdan tamam silinməsi də mümkündür.
Səs-küylü yerdə niyə telefonla danışmaq olmur?
Səs-küylü yerlərdə telefonla danışmaq
üçün gərək çox güclü eşitmə qabiliyyətin ola. Belə yerlərdə beynimiz
telefondakı səslə başqa səsləri ayırd etməkdə çətinlik çəkir.
Telefonunuzun mikrofonunu əlimizlə bağladıqda əslində başqa səslərin
telefona girməsinə mane oluruq və bundan sonra beynimiz səsləri daha
yaxşı fərqləndirə bilir.
Video oyunlar eyni vaxtda bir neçə işi görmə bacarığımızı artırır
Diqqətinizi eyni anda birdən çox şeyə
yönəltmək bacarığını artırmaq üçün ən yaxşı yol video oyunlardır. Amma
heç də hamısı deyil. Elə oyunlar var ki, eyni vaxtda bir neçə hədəfə
atəş açmağınız lazım gəlir. Bu cür oyunlar diqqətinizi cəmləmə və
hadisələri daha tez dərk etmə, reaksiya vermə baxımından əvəzsizdir.
Ancaq “Tetris” tipli oyunlar beynin əsl düşmənidir. Çünki bu zaman
diqqət yalnız bir daşa, bir nöqtəyə yönəlir ki, bu da beynin birtərəfli
işləməsinə şərait yaradır.
Beynin bir yumor mərkəzi var
Yumoru duyma və etmə bacarığı hamıda
olmur. Yumorun tərifinə əsaslansaq görərik ki, o öz içində bir sürpriz
saxlamalıdır – sonrakı cümlənin nə olacağını təxmin etsək də, yumor bizi
başqa bir nöqtəyə aparmalıdır – sonra da vardığımız bu yeni nöqtə ilə
əvvəldən düşündüyümüz nöqtəni qarşılaşdıraraq yeni bir perspektiv əldə
edirik. Yumorun beynimizdə alınma forması təxminən belədir. Bəzi
insanların lətifələri gec başa düşməyinin səbəbi bu bağlantını qura
bilməməyidir.
“Dilimin ucundadır…bu dəqiqə deyəcəm”
Hərdən bir mahnı ağlımıza gəlir, heç cür
tapa bilmirik ki, harda eşitmişik və ya mahnının davamını heç cür
xatırlamırıq. Bu, beynimizdəki “sıra ilə xatırlama” mexanizmi ilə
bağlıdır. Bir mahnını və ya sözü yada salmaq üçün onun baş verdiyi yeri,
situasiyanı xatırlamağınız lazımdır. Gündəlik işlərimizi də bu
mexanizmlə görürük. Bir şeyi xatırlamaq üçün beyində xatirələrin
arasında bu məlumat parçasının daxil olduğu hadisəni yada salmalıyıq.
Böyük ehtimalla “axtarış əməliyyatı”
uğurla başa çatır. Amma hələ də “dilimin ucundadı, bu dəqiqə deyəcəm”
vəziyyətindəsinizsə, beyninizi məşğul edəcək başqa bir şey tapın.
Məsələn, bir mahnı oxuyun ki, beyin də bu vaxt ərzində rahatca “axtarış”
aparsın və uğurlu nəticə versin.
Sağ tərəf – kreativ, sol tərəf – analistik
Beynin sağ yarımkürəsi sosial uğurlar,
təşkilatlanma bacarıqları, fəlsəfə və sənət ilə əlaqəlidir. Sol
yarımkürə isə riyaziyyat və dil öyrənmə bacarıqlarını özündə
birləşdirir. Bu mövzuda elmi bir test olmasa da, bir insanın hansı
yarımkürəyə daha çox aid olduğu yoxlamaq üçün belə bir test tətbiq edə
bilərsiniz: havaya bir cisim atın. Həmin insan refleks olaraq cismi
hansı qolu ilə tutmağa çalışsa, o qolun qarşı tərəfi idarəedici sayılır.
Özünüzü qıdıqlaya bilməzsiniz
Qıdıq hissiyyatı güclü xəstələri müayinə
edərkən həkimlər xəstənin əlini öz əlləri üzərinə yerləşdirərək
qıdıqlanma hissinə mane olurlar. Bu necə olur? Çünki qıdıqlanmağa nə
qədər həssas olursanız olun, özünüzü qıdıqlaya bilməzsiniz. Bunun səbəbi
beynimizin ətrafımızdakı hadisələri duyan bir çox hissin arasından ən
vacib olanları hissetməyə meylli olmasıdır.
Məsələn, oturduğumuz stolu və ya
ayağımıza geyindiyimiz corabı – onları düşünməyincə – hiss etmirik, amma
çiynimizə toxunan bir əl o dəqiqə bizi diksindirir. Beynin bu “hissləri
ayırd etmə” funksiyasını beyincik yerinə yetirir. Beyincik 110 qram
ağırlığında olub, gözlənilən və gözlənilməyən reaksiyaları ayırd edir,
onların arasından ən vaciblərini seçir.
Sizə toxunan əl sizindirsə, beyin bu qıdıqlanmaya deyil, toxunduğunuz orqandan gələn hislərə üstünlük verir.
Əsnəmək beyni oyandırır
Əsnəmə deyiləndə insanın ağlına ilk
olaraq “Əsnək, əsnək gətirər” məsəli düşür. Bunun həqiqət olmasına heç
kimin şübhəsi yoxdur. Bir çoxları əsnəyi yuxu və ya sıxılmaqla
əlaqələndirsə də, əslində əsnək bədəndə oyanma yaradır. Əsnəyərkən daha
çox hava ciyərlərimizə dolur və qanımızdakı oksigen faizi yüksəlir ki,
bu da oyanmamızı tezləşdirir. Hətta məməli heyvanlar və quşlarda da bu
hiss var. Maraqlı faktlardan biri də itlərin əsnəməsidir. İtlər
əsnəyərək sahiblərini sakitləşdirə bilirlər.
Beyində qəribə təsəvvürlər niyə yaranır?
Buna bənzər hallarla ən çox alpinistlər
qarşılaşırlar. Çünki yerdən yüksəkliyə qalxdıqca beyinə oksigen az
gedir. 2400 metr insan beyni üçün maksimum yüksəklikdir. Bu yüksəklikdən
daha yuxarı qalxdıqca alpinistlər mövcud olmayan varlıqlarla yanaşı,
ətrafındakıların işıq saçdığını görməyə və səbəbsiz yerə qorxmağa
başlayırlar. Oksigen azalması beynin təxəyyül və hissiyyat siqnallarının
idarəetmədən çıxması və ya yavaşlamasına yol açır.
Qaynaq: http://kulis.az/news/5085
Hiç yorum yok:
Yorum Gönder