Elm sübut edib ki, təzə meyvələr vitaminlərin ən zəngin mənbəyidir
. Onlar qida ilə bir yerdə qəbul edildikdə avitaminozun (vitamin çatışmamazlığının nəticəsində baş verən xəstəliklərin) qarşısını alır.
Meyvələrin tərkibində olan şəkərlər və polisaxaridlər, xüsusi pektin
maddələri mədənin həzmetmə prosesinin fəaliyyətini tənzimləyir, üzvi
turşular isə susuzluğun qarşısını alır. Bu isə malyariya və şəkər
diabetinə tutulan xəstələrə yaxşı müalicəvi təsir göstərir. Odur ki,
malyariya və diabet xəstəliyinə tutulmuş adamlara təzə meyvələr (şirəli
və giləmeyvələr) yemək məsləhət görülür. Xalqın uzun illərdən bəri
müşahidələri nəticəsində müəyyən edilmişdir ki, bəzən meyvə ağaclarının
digər hissələrindən də (yarpaqlarından, çiçəklərindən, qabıq və
köklərindən) dərman kimi istifadə edilir. Məsələn, heyvanın yarpağından, narın qabığından, yemişanın çiçəklərindən və s.
Qaynaq: http://az.wikipedia.org/wiki/Meyv%C9%99
Hiç yorum yok:
Yorum Gönder