
Sözü gəlmişkən Livanda qədim ilanın daşlaşmış formasını tapıblar.
Amma
maraqlısı orasındadır ki, bu ilanın aydın görünən ayaqları var. Yeni
texnologiyanın köməyi ilə alimlər süxuru dağıtmayaraq, orada görünməyən,
amma süxurun içində olan ilanın ayaqlarını görməyə müvəffəq olublar.
Bu məlumatlar Journal of Vertebrate Paleontology jurnalında dərc
edilmişdir.
İlanlar təkamülün gedişatında öz ayaqlarını
itirmişlər. Bu gün alimlər bir ümumi nəticəyə gələ bilmirlər ki,
ayaqlarını itirmiş ilanların əcdadı kim olub. İki əsas versiya var - bu
varlıq ya suda yaşayırmış, ya da quruda yaşayan kərtənkələ olub.

Yeni layihənin müəllifləri 95 milyon il əvvəl yaşamış Eupodophis descouensi
ilanının qalıqlarını tədqiq edirlər. 50-santimetrlik sürünəninin bir
hissəsi süxurda olmasına baxmayaraq, onun bir digər ayağı tam
aydınlıqla görünür.
Alimlər sinxron rentgen şüasının (Synchrotron-radiation Computed
Laminography - SRCL) köməyi ilə ilanın 3D variantını düzəltməyə
müvəffəq olublar. Bu aparatın köməyi ilə onlar süxurun işində olan
digər ayağın tam təsvirini alıblar.
Tədqiqatçılar belə qərara gəliblər ki, ilanların ayaqları kərtənkələlərə nisbətən qısa bir zamanda və ləng böyüyürmüş.
Qaynaq: shagird.info
Qaynaq: shagird.info
Hiç yorum yok:
Yorum Gönder