27 Mayıs 2013 Pazartesi

Tut

Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir.
Dərman məqsədilə tut ağacının
yarpaqlarından, meyvələrindən...
və bəzi qabıqlarından və budaqlarından istifadə olunur.


Ağ tut – yarpaqlarında 0, 75 % üzvi turşular, 50 – 60 mq % askorbin turşusu, 1,5 % – 2 % şəkərli maddələr, 2 – 3 % aşı maddələri vardır. Meyvələrində 23 – 24 % şəkər, 2,5 % üzvi turşular, 70 – 80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir.

Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur. Ağacı çox yavaş böyüyür.
Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər yarpaqlarla eyni vaxtda əmələ gələn kiçik meyvəciklərin üzərində açılır. Çiçəklər gödək saplaqla salxımda yerləşir. Erkək çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar partladıqdan sonra tozları tökülür. Dişi çiçəklər 4 kasacıq yarpaqlarından ibarətdir, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək balaca meyvələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun əsas meyvəsini təşkil edirlər. Hər meyvəciyində bir ədəd yastı, sarı, xırda toxumu vardır. Toxumların ərafında olan sulu, şirin ətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır. Tutun meyvəsi mürəkkəb giləmeyvədir.

Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Meyvələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu və şirindir. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartutdan başqa adi qara tut da vardır. Lakin bunların əksəriyyəti dadsız və yaxud kəmşirin olur. Qida üçün yararsızdır. Bunların yarpaqları barama qurdu üçün qida hesab edilir. Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür. Odur ki, tutu yetişdikcə, hər iki gündən-bir səhər tezdən silkələyib xüsusi çadralara toplayırlar. Xartutun saplağı ağaca bərk yapışdığından əl ilə yığılır. Xartutun meyvəsi şüşə və emallanmış qablarda saxlanılmalıdır, mis qablarda saxlanması qorxuludur.

Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, zülal, pektin, yağ, aşılayıcı və rəngləyici maddələr, vitaminlər və dəmir vardır. Xartutda dəmir ağ tuta nisbətən çoxdur.

Qaynaq: http://az.wikipedia.org/wiki/A%C4%9F_tut

Hiç yorum yok:

Yorum Gönder