İki təkəri olan və əzələ qüvvəsi ilə,
pedalla hərəkətə gələn bu minik vasitəsini sürmək ürək-damar sisteminin
durumunu xeyli yaxşılaşdırır. Bu cür gəzinti zamanı müxtəlif qrup
əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların
fəaliyyətinə də müsbət təsir göstərir.
Britaniyanın Birmingem Universitetinin
alimi Ceyms Timmonsun sözlərinə görə, intensiv bədən tərbiyəsi (İBT) adı
verilən metodla həftədə üç dəfə məşğul olmaqla hər gün idman edənlərin
sağlamlığına nail olmaq olar. Həmin metoda görə, bir neçə dəqiqə ərzində
bədəni gücə salmadan velosipedin pedalları hərəkət etdirilir. 20 saniyə
dincəldikdən sonra 20 saniyə velosipedi çox sürətlə sürmək lazımdır.
Daha sonra bir neçə dəqiqə hərəkətin sürəti azaldılır. Nəhayət, 20
saniyəyədək pedallar tam güclə işlədilir və birdən hərəkət dayandırılır.
Bu cür hərəkətlər orqanizmdəki bütün hüceyrələri hərəkətə gətirir.
Hiç yorum yok:
Yorum Gönder